Noyemberyan hərbi hissələrindən birində “Vətənin müdafiəçisi” proqramı çərçivəsində xidmət edən hərbi qulluqçu öz ayağına atış açıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hadisənin təfərrüatları məlum olub.
Bildirilir ki, hərbi qulluqçu borcları səbəbindən bu addımı atıb. O, Noyemberyanın Koxb icmasındandır və hazırda Vanadzor hərbi hospitalında müalicə alır.
Vanadzor hərbi hospitalından hadisə ilə bağlı məlumat verməkdən imtina ediblər. Ermənistan Müdafiə Nazirliyi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.
Bizim.Media
Mənbə: bizim.media