Makrondan İranla bağlı ÇAĞIRIŞ

Makrondan İranla bağlı ÇAĞIRIŞ

Fransa Prezidenti Emmanuel Makron İranla nüvə sazişinə əməl olunmasını vacib sayır.

Cebhe.info xəbər verir ki, Makron bu barədə İran Prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı bildirib.

Makron deyib ki, sazişə əməl edilməsi beynəlxalq birlik üçün çox lazımdır.

Yelisey sarayından yayılan rəsmi açıqlamaya görə, koronavirus pandemiyası ilə əlaqədar Avropanın İrana verdiyi dəstəyi xatırladan Makron deyib ki, “Covax” proqramı çərçivəsində İranın vaksin ehtiyaclarının qarşılanması üçün əməkdaşlıq gücləndiriməlidir.

Söhbət zamanı İraq, Yəmən və Livandakı böhran da müzakirə olunub. Prezidentlər problemin həlli üçün bir əməkdaşlığa ehtiyac olduğunu bildiriblər.

 

Mənbə: cebhe.info