Rusiya Belarusda əlavə Su-30SM qırıcıları yerləşdirə bilər

Rusiya Belarusda əlavə Su-30SM qırıcıları yerləşdirə bilər

Rusiya Silahlı Qüvvələrinin əlavə Su-30SM qırıcıları Belarusda yerləşdirilə bilər. Ordu.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Moskva ilə hərbi sahədə əməkdaşlıq görüşündə bildirib.

O, NATO-nun təyyarələrini müttəfiq sərhədlərinə doğru mütəmadi uçurmasını bildirməklə belə bir addımın atılmasının vacibliyini əsaslandırıb.

“Bir neçə həftə əvvəl NATO təyyarələri birbaşa sərhədimizə uçurdu. Və nə etməyə məcbur olduq? Su-30-u qaldırdıq… Bu o deməkdir ki, daim gələcəklər və cavab verməliyik”, - deyə Lukaşenko bildirib.

Sevinc Əliyeva

Mənbə: ordu.az