ABŞ-ın İraqdakı aviabazasına hücum olub

ABŞ-ın İraqdakı aviabazasına hücum olub

İraqdakı ABŞ qüvvələrinin yerləşdiyi “Ayn əl-Əsəd” aviabazasına raket zərbəsi endirib.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı İraqın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hücum nəticəsində ölənlərin olub-olmadığı qeyd edilməyib. Həmçinin xəsarət alanların dəqiq sayı da açıqlanmayıb.

Məlumata görə, hücum zamanı 10-dan çox ballistik raketdən istifadə edildiyi bildirilir. ABŞ qoşunları və koalisiya qüvvələri arasında itkilər barədə hələlik məlumat verilməyib.

Mənbə: cebhe.info