Sidney şəhərində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Sidney şəhərində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) təşkilatçılığı ilə Sidney şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Türkiyənin Sindey şəhərindəki Baş konsulu Əli Sevim, Avstraliyanın millət vəkilləri Linda Voltz və Pol Linç, Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və insan haqları departamentinin müdiri Sara Azərsun, Sidney Universitetinin professoru Şəmsəddin Necadi və digər qonaqlar iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə AAA rəhbəri Mikayıl Oyta, baş konsul Əli Sevim, millət vəkilləri Linda Voltz və Pol Linç, departament rəhbəri Sara Azərsun və başqaları çıxış ediblər. Natiqlər 29 il öncə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilən dəhşətli soyqırımı aktını hiddətlə pisləyiblər. İnsanlığa zidd cinayətin bir daha təkrarlanmaması üçün beynəlxalq birliyin, o cümlədən Avstraliyanın Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməsinin, müqəssirlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Mənbə: modern.az