İraqda ABŞ qüvvələrinin yerləşdiyi aviabaza çoxsaylı raket atəşinə tutulub

İraqda ABŞ qüvvələrinin yerləşdiyi aviabaza çoxsaylı raket atəşinə tutulub

Bu gün səhər saatlarında İraqın şimalına yerləşən Eyn əl-Əsəd aviabazası çoxsaylı raket atəşinə tutulub. Ordu.az xəbər verir ki, bu barədə "Arabnews" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Hələlik itki olmadığı bildirilir.

Qeyd edək ki, Anbar vilayətində yerləşən bazada İraq ordusu ilə yanaşı ABŞ və digər koalisiya qüvvələri də yerləşdirilib.

 

Mənbə: ordu.az