Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək? (ŞƏRH)

Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək? (ŞƏRH)

"Artıq Ermənistan ictimaiyyəti Qarabağ mövzusundan yorulub”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov erməni general-mayoru Arkadi Tadevosyanın "Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək" fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, bu və ya digər fikirləri qəsdən söyləyirlər ki, Ermənistan ictimaiyyətini narahat etsinlər və cəmiyyətdə gərginlik yaratsınlar:

"Bu baxımdan belə açıqlamalara normal baxmaq lazımdır. Bu, daxili çəkişmədir və orada qarşılıqlı ittihamlar bitən deyil. Erməni Qarabağ klanına baxmayaraq, Ermənistanda vəziyyət gərgindir. Hiss olunur ki, Ermənistan ictimaiyyəti daha çox Paşinyana dəstək verir. Çünki siyasi ritorikada daha çox yer tutan Ermənistanın gələcəyidir. Ermənistanda bu proseslər böhranla davam edəcək”.

Qeyd edək ki, erməni general-mayoru Arkadi Tadevosyan mətbuata açıqlamasında "Əgər Paşinyan hakimiyyətdə qalsa, Zəngəzur tezliklə Azərbaycanın nəzarətinə keçəcək", - deyə bildirib.

Mənbə: qaynarinfo.az