“Baş nazir “İsgəndər”lə bağlı məlumatların ona haradan verildiyini şərh etməlidir” - Ohanyan

“Baş nazir “İsgəndər”lə bağlı məlumatların ona haradan verildiyini şərh etməlidir” - Ohanyan

“Baş nazir “İsgəndər”lə bağlı məlumatların ona haradan verildiyini şərh etməlidir”
Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan deyib.

“Anlaşılandır ki, Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan ordunun təşkil edilməsinin köklərində dayanıblar və onlar ordunun generalları və hərbçiləri ilə danışmaq hüuquna sahibdirlər, lakin əgər Serj Sarkisyan bu bəyanatın arxasında dayanıbsa, bu məlumatlar onda haradandır?”, - deyə Ohanyan bildirib.

Seyran Ohanyanın sözlərinə görə, “İsgəndər”lə bağlı gerçəkliyi bilməmək Ermənistanda istənilən ali baş komandana şərəf gətirmir.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az