Putin G20 sammitində iştirak edəcək? - Trampdan müəmmalı açıqlama

Putin G20 sammitində iştirak edəcək? - Trampdan müəmmalı açıqlama

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin istəsə, Mayamidə keçiriləcək G20 sammitində iştirak edə bilər.

Publika.az xəbər verir ki, ABŞ prezidenti bu barədə noyabrın 27-də Florida ştatındakı Mar-a-Lago iqamətgahında jurnalistlərə bildirib.

Tramp Putinin sammitdə mümkün iştirakı ilə bağlı suala cavab olaraq "Bilmirəm. Amma əgər o, gəlmək istəsə, mütləq gələ bilər" deyib.

Eyni zamanda, Amerika lideri qeyd edib ki, belə bir səfər "bəzi insanlar" arasında mənfi reaksiyaya səbəb ola bilər.

Mənbə: publika.az