Ermənistan müxalifətinin prezidentlə görüşü keçirilir

Ermənistan müxalifətinin prezidentlə görüşü keçirilir

Ermənistan prezidenti Armen Sarkisyanın iqamətgahında “Vətənin qurtuluşu hərəkatının” liderləri ilə görüşü başlayıb. Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, görüşdə hərəkatın baş nazir müavini vəzifəsinə namizədi Vazgen Manukyan, “ARFD”nin nümayəndəsi Artsvik Minasyan, Respublika partiyasının nümayəndəsi Vəhram Baqdasaryan, Vətən partiyasının başçısı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsiyan iştirak edir.

"İndi prezidentlə görüşə gedirik, bundan sonra Armen Sarkisyanın mövqeyi aydınlaşacaq, niyə dəyişdiyi bəlli olacaq. Bundan sonra sualları cavablandıracağam", - Vanetsyan deyib.

Bundan əvvəl müxalifət Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün dövlət başçısı ilə görüş tələb etmişdi.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az