Jirinovski: "2036-cı ildə bütün vəzifələrimdən istefa verəcəyəm"

Jirinovski: "2036-cı ildə bütün vəzifələrimdən istefa verəcəyəm"

Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2036-cı il mayın 1-də, yəni 90 yaşında tutduğu bütün vəzifələrdən istefa verəcək.

“Report” “RİA Novosti”yə istinadən bildirir ki, bunu o, “Danışır Moskva” ("Qovorit Moskva") radiostansiyasına müsahibəsində bildirib.

“Mən artıq 90 yaşım tamam olan günü 2036-c il mayın 1-də bütün vəzifələrdən azad edilməyim haqqında ərizə yazmışam”, - Rusiya liberal demokratlarının lideri söyləyib.

Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 1946-cı il aprelin 4-də Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.

O, orta təhsili Astana şəhərində alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı",1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.

1990-cı ildə LDPSS-nin (Sovet İttifaqının Liberal Demokrat Partiyası) üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.

2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.

Mənbə: pia.az