Vyanadakı Azərbaycan Evində Xocalı soyqırımına həsr edilmiş anım guşəsi təşkil olunub

Vyanadakı Azərbaycan Evində Xocalı soyqırımına həsr edilmiş anım guşəsi təşkil olunub

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə Vyanadakı Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi təşkil olunub.

"Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən guşədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımı aktının dəhşətlərini və acı nəticələrini əks etdirən çap materialları nümayiş olunub.

Avstriya siyasətçiləri, iş adamları, Azərbaycanın və Türkiyənin diaspor üzvləri anım guşəsini ziyarət ediblər. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mənbə: modern.az