Armen Sarkisyanın müxalifətlə görüşü BAŞLADI

Ermənistan prezidenti Armen Sarkisyan müxalifət liderləri ilə görüşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə “Vətənin Xilası Hərəkatı”nın baş nazir postuna namizədi Vazgen Manukyan, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan, “Daşnaksütyun” partiyasının nümayəndəsi Artsvik Minasyan və Respublika Partiyasından eks-deputat Vaqram Baqdasaryan iştirak edir.

Görüşdə Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı qalmaqal müzakirə olunur.

 

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Arktika uğrunda Rusiya və NATO arasında rəqabət qızışır

SONRAKI XƏBƏR

İran və Suriya texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirəcək