İngiltərə Rusiya əleyhinə sanksiyaları alqışladı

İngiltərə Rusiya əleyhinə sanksiyaları alqışladı

 

Eastnews.org-un verdiyi xəbərə görə, İngiltərə Xarici İşlər naziri Navalnının zəhərlənməsi və tutulmasıyla bağlı Avropa Birliyi və ABŞ tərəfindən tətbiq olunan sanksiyalar barədə "Tvitter"də paylaşım edib.

Artıq Avropa Birliyinin üzvü olmayan İngiltərə Rusiyaya qarşı Qərb xəttinə qoşulub. Bu baxımdan İngiltərə Xarici İşlər naziri Dominik Robb "Tvitter"də Vaşinqton və Brüssel tərəfindən tətbiq olunan sanksiyaları dəstəkləyib.


Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi Rusiya, Almaniya və İsveçrədəki 14 quruma Rusiyanın kütləvi qırğın silahlarına və kimyəvi silah fəaliyyətlərinə dəstək olaraq yayılma fəaliyyətlərinə görə sanksiya tətbiq edib. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi yeddi yüksək vəzifəli Rusiya rəsmisinə sanksiya tətbiq edib.

Avropa Birliyi də iki gün əvvəl oxşar ittihamlarla dörd Rusiya rəsmisinə qarşı sanksiya tətbiq edib.

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org