İran və Suriya texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirəcək

İran və Suriya texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Eastnews.org-un verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhaninin texnologiya və kommunikasiya üzdə müşaviri Sorena Səttari Suriyaya rəsmi səfər reallaşdırıb.

Bu barədə rəsmi açıqlamada bildirilir.

Vurğulanır ki, Sorena Səttari səfəri çərçivəsində Suriyanın Sənaye naziri Ziyad Sabbağ ilə görüşüb.

Görüş zamanı Suriya və İran arasında texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Mənbə: eastnews.org