“Konstitusiya Məhkəməsi Qasparyanı vəzifədən azad edəcək” - Erməni hüquqşünas

“Konstitusiya Məhkəməsi Qasparyanı  vəzifədən azad edəcək” - Erməni hüquqşünas

“Prezidentin Baş nazirin müraciətini imzalamaması onun üç gün ərzində qüvvəyə minməsi deməkdir”.

Cebhe.info-nun məlumatına görə, konstitusiya hüququ üzrə ekspert Artaşes Xalatyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə Baş nazir Nikol Paşinyanın əmrini şərh edərkən belə deyib.

Qeyd edək ki, əmr fevralın 25-də verilsə də, Ermənistan Prezidenti Armen Sarkisyan sənədi imzalamayıb. Prezident bunu “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” 2017-ci il noyabrın 15-də qəbul olunmuş qanundakı boşluqla izah edib. Ona görə də Armen Sarkisyan məsələ ilə bağlı qərar vermək üçün Ermənistan Konstitusiya Məhkəməsinə müraciət edib.

Artaşes Xalatyan hesab edir ki, Paşinyan Konstitusiya Məhkəməsində öz məqsədinə çatacaq və Onik Qasparyanı vəzifədən uzaqlaşdıracaq:

“Ölkədə konstitusiya sabitliyi və siyasi böhran problemi olduğu üçün prezident göründüyü kimi vəziyyəti daha da gərginləşdirməməyə qərar verdi və Konstitusiya Məhkəməsinə müraciət etdi. Bu baxımdan, Baş nazir Paşinyanın Onik Qasaparyanı vəzifəsindən azad etməsi barədə qərarı üç gün ərzində qüvvəyə minəcək

Mənbə: cebhe.info