Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb

Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb

Moldovanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın “point.md”, “tribuna.md”, “ava.md” və “noi.md” saytları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə dair xəbərlər yayıblar.

Məqalələrdə Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, orada infrastrukturun yaradılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı fikirlərindən sitatlar yer alıb.

Mənbə: azertag.az