Masallıda “Nizami Gəncəvi ili” çərçivəsində onlayn tədbir keçirilib

Masallıda “Nizami Gəncəvi ili” çərçivəsində onlayn tədbir keçirilib

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində "Nizami Gəncəvi-880" mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin birinci kurs tələbələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadənin mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof şair Nizami Gəncəvinin parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Diqqətə çatdırılıb ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, eyni zamanda, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.

Onlayn tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri Nərmin Sultanova, Nərmin Şahverdiyeva və Samirə Qənbərova dahi Azərbaycan şairinin həyatı, onun yaradıcılığı, eyni zamanda, “Kərpickəsən kişinin dastanı” və "Yeddi Gözəl" poeması haqqında danışıblar.

Mənbə: azertag.az