Yəmənli lider Rusiyaya çağırış etdi

Eaatnews.org-un verdiyi xəbərə görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi ölkəsində sülh ilə bağlı beynəlxalq təşkilatların heç bir şəkildə təklif irəli sürmədiklərini açıqlayıb.

O, açıqlamasında bildirib ki, bu günə qədər nə Yəməndə sülhün bərpası üçün nə təklif edilib, nə də Yəmən hökuməti hansısa təklifi qəbul edib.

"Yəmənin düşmənləri Məaribdə keçirdiyimiz hərbi əməliyyatları digərlərindən ayırmağa çalışır. Onlar göstərməyə çalışırlar ki, guya Yəmən ordusu, "Ənsarullah" hərəkatı Məaribə bilərəkdən hücum edir. Lakin biz Məaribi işğaldan azad etməyə çalışırıq", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

Məhəmməd Əli Husi açıqlamasında qeyd edib ki, Rusiyanın da Yəmənə baxışı birtərəfli olmamalıdır: "Rəsmi Moskva Yəməndə baş verənlərin daxili qarşıdurma deyil, kənar qüvvələrin müdaxiləsi ilə müharibə olduğuna inanmalıdır".

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Bakı bulvarı tennis kortu binasının yenidənqurmasına 240 min manat xərcləyəcək

SONRAKI XƏBƏR

“Qurultayda çox mənfi imicə malik YAP-çıların da məsələsinə baxılacaq” – Arif Əliyev