Cavad Zərif BMT baş katibi ilə əlaqə saxladı

Cavad Zərif BMT baş katibi ilə əlaqə saxladı

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT baş katibi Antonio Quterreş ilə telefon əlaqəsi saxlayıb.

Telefon əlaqəsi zamanı Zərif İranın BMT-nin Yəməndə ədalətli sülh yaratmaq cəhdlərini dəstəklədiyini vurğulayaraq, Yəmənin mühasirəsinin ləğvini və bu ölkənin xalqına humanitar yardım təşkil edilməli olduğunu vurğulayıb.

Zərif, həmçinin Yəmən qrupları arasındakı dialoqun və əhatəli bir hökumətin qurulmasının bu ölkədə sülh və sabitliyin təmin olunmasına da ümid etdiyini bildirib.

BMT-nin baş katibi Antonio Quterreş də BMT-nin Yəməndəki müharibəni dayandırma və ədalətli sülhün təmin edilməsilə yanaşı, bu ölkədə siyasi danışıqların başlaması üçün fəaliyyətlərini elan edərkən İranın bu barədə kömək etməsini istəyib.

Mənbə: eastnews.org