Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyi mətbuat katibi Ned Prays Suriyada Türkiyə ilə birgə hərəkət ehtimalı sualına cavab verib.
O, açıqlamasında bildirib ki, ABŞ-ın Suriyada Türkiyə ilə ortaq maraqları var.
"Bu maraqlar çərçivəsində addımlar atırıq. Gələcəkdə də bu maraqları nəzərə alacağıq", - deyə Ned Prays diqqətə çatdırıb.
Ned Prays qeyd edib ki, ABŞ və Türkiyə NATO çərçivəsində də əməkdaşlıq edən ölkələrdir.