Meksika mətbuatı Mehriban Əliyevanın apardığı işlərdən yazdı

Meksika mətbuatı Mehriban Əliyevanın apardığı işlərdən yazdı

“Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan – Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Meksikanın tanınmış “expresionmexico.com” xəbər saytına bildirib.

M.Qurbanov qeyd edib ki, bu gün Azərbaycanın dünyada öz mütərəqqi inkişaf modeli, ictimai-siyasi sabitliyi və davamlı tərəqqisi ilə tanınmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır:

“Ölkəmizin dünyaya yeni və daha mütərəqqi dəyərlər təqdim etməsi, milli maraqlarımızın ləyaqətlə qorunması xalqımızın milli-mənəvi xarakterini ifadə edir, eləcə də dövlətimizin qüdrətini və nüfuzunu nümayiş etdirir.

Əlbəttə, qazanılan hər uğurun arxasında dərin ictimai və milli məzmun daşıyan fəaliyyətin rolu olduqca böyükdür.

Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli, çoxşaxəli və ali məramlara söykənən fəaliyyəti ölkəmizin inkişafının sürətləndirilməsi, müsbət beynəlxalq nüfuzunun daha da artırılması və davamlı nailiyyətlərin əldə olunması baxımından xüsusi əhəmiyyətə malikdir”.

Mənbə: konkret.az