BAO vəfat etmiş tarixçi alimin doğmalarına başsağlığı verdi

BAO vəfat etmiş tarixçi alimin doğmalarına başsağlığı verdi

Xəbər verildiyi kimi, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının müavini, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli koronavirusdan vəfat edib.

Cebhe.info xəbər verir ki, BAO İdarə Heyəti Dilavər Əzimlinin vəfatı ilə əlaqədar açıqlama yayıb.

"Bu gün Bütöv Azərbaycan Ocaqları olaraq çox ağır bir xəbər aldıq. Bütöv Azərbaycan Ocaqlarının üzvü, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Mirzəki oğlu Əzimli vəfat edib.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq dəyərli ziyalımız, əqidədaşımız Dilavər Əzimliyə Allahdan rəhmət diləyir, başda həyat yoldaşı, tanınmış jurnalist Arzu xanım Qazıyeva olmaqla ailəsinə, yaxınlarına, Bütöv Azərbaycançılara, Dilavər bəyi tanıyan və sevən hər kəsə, elmi-pedaqoji ictimaiyyətə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun" - başsağlığı mətnində belə deyilir.

Mənbə: cebhe.info