Rusiya ordusuna yeni PUA əleyhinə komplekslər tədarük ediləcək

Rusiya ordusuna yeni PUA əleyhinə komplekslər tədarük ediləcək

Rusiya ordusu kiçik Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan “Valday” kompeksi əldə edəcək.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi Andrey Qonçarov “Krasnaya Zvezda” nəşrinə açıqlamasında bildirib.

O qeyd edib ki, kompleksin dövlət sınaqları artıq başa çatıb və tezliklə Rusiya ordusuna tədarük ediləcək.

“Valday” kompleksinin yaradılması üzrə işlərə 2016-cı ilin sonunda başlanılıb.

Mənbə: ordu.az