Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətimiz səfər çərçivəsində İstanbulda olub.

Nazir Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb.

Proqram TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxana, ölkəmizin Türkiyədəki səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva, rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin məhz qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edilib ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində də hər platformada Azərbaycanın yanında olduğunu bütün dünyaya nümayiş etdirib ki, bu da Azərbaycan üçün çox vacib idi.

İki qardaş ölkə arasında hər sahə üzrə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir bu əlaqələrin mədəniyyət sahəsini də geniş əhatə etdiyini, bu sahə üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Nümayəndə heyətimizin İstanbula səfəri davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az