Polşa Ukraynaya üçüncü ölkələrə qarşı hərbi zərbələr endirmək üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Polşa öz ərazisini hücum əməliyyatlarının həyata keçirilməsi üçün təqdim etməyəcək”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, noyabrın 22-nə keçən gecə Liviyanın Benqazi limanında Rusiyaya məxsus “Merkuri” korvetinin göyərtəsində partlayış baş verib və nəticədə yanğın yaranıb.
Şərqi Liviya hakimiyyəti sahil yaxınlığında 20-dən çox pilotsuz katerin qarşısının alındığını açıqlayıb. Bir müddət sonra Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin gəmiyə hücumda iştirakını təsdiqləyib.
Hadisəni şərh edən Liviya Prezident Şurası sədrinin müavini Musa əl-Kuni Zelenskinin terrorçu kimi tanınmasını təklif edib və Ukraynanın hərəkətlərini müharibə elan edilməsi ilə müqayisə edib.
Onun sözlərinə görə, Liviya hakimiyyəti Kiyevi ölkəni “hesablaşma meydanına çevirməkdən” çəkinməyə çağırıb.
Mənbə: www.bakupost.az