Türkiyə Rusiyadan daha bir S-400 polku almağa hazırlaşır

Türkiyə Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir Ankaranın ABŞ-ın göstərdiyi təzyiqlərə baxmayaraq, Rusiyadan S-400 zenit raket sistemlərinin 2-ci polkunun alınması imkanlarını nəzərdən keçirməyə davam etdiyini təsdiqlədi. SİA xəbər verir ki, bu barədə TASS məlumat verib.

İsmayıl Dəmir NTV-yə verdiyi müsahibəsində də “S-400 sistemlərinin ikinci polkunun alınması üzərində işimiz davam edir”-deyib. O, Türkiyənin də öz müdafiə sistemlərini inkişaf etdirərək silahlı qüvvələrini gücləndirməyə çalışdığını söylədi: "Bu il “Sunqur” və “Hisar A +” sistemlərinin tədarükü başlayacaq və yerli Siper hava müdafiə sisteminin inkişafı davam edir".

Dəmir, ABŞ-ın Rusiyadan S-400 zenit raket sistemlərinin alınması səbəbiylə tətbiq etdiyi sanksiyalardan sonra Türkiyə üçün hər bir mənfi nəticə olmadığını qeyd edib: "ABŞ sanksiyalarından hər hansı bir birbaşa təsiri görmədik. CAATSA ("Amerikanın düşmənlərinə qarşı mübarizə üçün sanksiyalar tətbiq etmək haqqında "qanun) çərçivəsində necə hərəkət edəcəklərini görəcəyik, lakin bu anda açıq nəticələr yoxdur".

11 yanvarda Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi respublikaya gətirilən S-400 komplekslərinin istismara hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 komplekslərinin tədarükü üçün müqavilə imzalayıblar. Bu sistemləri Rusiya Federasiyasından alan ilk NATO üzvü Türkiyə olub. Ankaranın bu qərarı Vaşzinqton və bütövlükdə NATO-da kəskin mənfi reaksiyasına səbəb olub. ABŞ, Türkiyənin Rusiya hava hücumundan müdafiə sistemlərindən imtina etməsinə çalışmaqdan əl çəkmir. Türkiyə Prezidenti Tayyib Ərdoğan oktyabr ayında Ankaranın Vaşinqtonun təzyiqlərinə baxmayaraq S-400-dən imtina etmək fikrində olmadığını söyləyib. O, sanksiya təhdidlərini də rədd edib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Prezidenti müxalifətə söz verdi: Yaxın saatlarda qərarını elan edəcək

SONRAKI XƏBƏR

Hacı, yoxsa Aleks? – FİFA açıqladı