Ermənistan Prezidenti müxalifətə söz verdi: Yaxın saatlarda qərarını elan edəcək

Ermənistan Prezidenti müxalifətə söz verdi: Yaxın saatlarda qərarını elan edəcək

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin Xilası Uğrunda”müxalifət hərəkatının nümayəndələri ilə görüşüb.

Cebhe.info-nun məlumatına görə, görüşlə bağlı Vətən Partiyasının sədri Artur Vanesyan açıqlama verib. O, bildirib ki, müxalifət nümayəndələri Prezident Armen Sarkisyanla Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan ətrafında yaranmış vəziyyəti müzakirə edib.

“Prezident bizim fikrimizi dinlədi və yaxın bir neçə saat ərzində qərarını elan edəcəyini dedi”,- Vanetsyan belə qeyd edib. Armen Sarkisyanla söhbətdə Vazgen Manukyan, Artur Vanetsyan, Artsvik Minasyan və Vahram Bağdasaryan iştirak edib.

Mənbə: cebhe.info