Belarus və Rusiyanın Müdafiə Nazirlikləri arasında beş illik strateji tərəfdaşlıq proqramı imzalanıb.
Ordu.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəhbəri Oleq Voynov məlumat verib.
O bildirib ki, dövlətlər arasında ilk dəfədir belə razılaşma əldə edilir.
“Proqram gələcək planların dəqiqləşdirilməsinə və Belarusun Rusiya Federasiyası ilə əməkdaşlığının inkişafına imkan verəcək”, - deyə Voynov qeyd edib.
Proqramla bağlı hər hansı bir məlumat verilməyib.
Sevinc Əliyeva
Ordu.az