Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

Ermənilər Bakının icazəsi olmadan xarici vətəndaşların Qarabağa buraxılması istəyirlər və iddia edirlər ki, İrəvan üçtərəfli bəyanatın bütün şərtlərini yerinə gətirib...

Hərbi ekspert: “Əfsuslar olsun ki, gəldiyi gündən həmin ərazilərə davamlı olaraq mülki erməni əhalisinin daşınmasında canfəşanlıq göstərən Rusiya sülhməramlılarının bir nəfər də olsun erməni silahlısını zərərsizləşdirdiyi və ya ərazidən çıxardığı, yaxud da axtarışda olan erməni silahlılarının Azərbaycana verilməsi haqqında nə rəsmi açıqlama, nə də vizual görüntü var”.

“Düşünürəm ki, bu fəaliyyətlərə Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən müşahidə etdikləri faktların diqqətə çatdırılması ilə sülhməramlıların fəaliyyətinin korrektə edilməsinə ehtiyac yaranıb”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev İrəvanın xarici qonaqların Xankəndinə Bakının icazəsi olmadan buraxılması istəyini və sülhməramlılarının Qarabağdakı fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın diasporla iş üzrə ali komissarı Zare Sinanyan Rusiyada səfərdədir. Sinanyan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə bir müddətə əvvəl apardığı danışıqlardan danışıb. Məlum olub ki, Yerevan xarici qonaqların Xankəndinə Bakının icazəsi olmadan buraxılmasını istəyir.

“Ermənistan Rusiya ilə xarici qonaqların, diaspor nümayəndələrinin Qarabağa buraxılış rejimini müzakirə edir”- deyə Sinanyan söyləyib. Onun fikrincə, Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa getmək istəyən erməni əsilli əcnəbi vətəndaşlara Rusiya sülhməramlı kontingenti müəyyən güzəştlər tətbiq edilməlidir.

Qeyd edək ki, Zare Sinanyan danışıqların davam etdiyini və konkret razılaşmanın əldə olunmadığını əlavə edib.

Həmçinin Ermənistan rəsmiləri bəyan edirlər ki, Yeravan üçtərəfli bəynatdan doğan bütün şərtləri yerinə yetirib. Ancaq bilirik ki, bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvləri Qarabağdan çıxarılmalıdır. Lakin Ermənistanın bəyanatın imzalanmasından sonra Qarabağa gizli yollarla hərbiçi yerləşdirməsi ilə bağlı faktlar mövcuddur. Eyni zamnda Rusiya tərəfi də Ermənistan hərbiçilərinin Qarabağdan çıxarılması ilə bağlı öz öhdəliyini yerinə yetirmir və hələ də Dağlıq Qarabağda Ermənistan ordusu hərbi qulluq həyata keçirməkdədir.

Moskva və Yeravan 9 noyabr bəyanatının 4-cü bəndindən irəli gələn öhdəliklərinin açıq pozulduğunu diqqətə almaq istəmirlər və bu bəndi xatırlamaq onların işinə qətiyyən yaramır və bununla da Moskva əslində Dağlıq Qarabağda separatizmin ana müdafiəçisi olduğunu nümayiş etdirmiş olur. İrəvan isə Moskvadan aldığı dəstəyə uyğun olaraq Azərbaycana qarşı absurd iddilar irəli sürür. Bu iddialardan biri də Azərbaycanın erməni hərbi əsirləri geri qaytarmamsı ilə bağlıdır. Halbuki üçtərəfli bəyanat imzalandıqdam sonra həmin hərbiçiləri təxribat törətmək üçün Azərbaycan ordusunun arxasına yollayanlar məsuliyyət daşımalıdr. Lakin belə görünür ki, Ermənistanın hərbi rəhbərliyi yol verdiyi cinayət əməlinə görə qətiyyən məsuliyyət daşımaq istəmir və Ermənistan tərəfi öz hərbi rəhbərliyini buna görə günahlandırmaq əvəzinə, Azərbaycaba qarşı beynəlxalq səvoyyədə əsassız ittihamlar səsləndirilər. Azərbaycan həmin hərbiçiləri hərbi əsir deyil, terroist kimi qəbul edir və bu məsələdə də beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir.

Ermənistanın rəsmisinin Rusiya ilə Xankəndi mövzuda danışıqlar aparması 10 noyabr bəyanatına nə qədər uyğundur və Rusiya sülhməramlıları Azərbaycanın Dağlıq Qarabağ üzərində suverunliyini nəzərə almadan Bakının icazəsi olmadan xarici vətəndaşların Qarabağa buraxılmasına icazə verərsə, üçtərəfli bəyanat öz hüquqi gücünü itirməzmi? Ümumiyyətlə Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

Ədalət Verdiyev: “Rusiya sülhməramlıları üçtərəfli bəyanatdan irəli gələn mandatlarına aid olmayan məsələlərə qarışmamalıdır”.

Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə, o cümlədən də Qarabağa daxil olmasına Azərbaycanın razılıq verdiyini xatırladan ekspert bildirib ki, bu ərazilər Azərbaycana aid olduğu üçün biz bu məsələdə başqa addımlar da ata bilərik. Buna görə də bu məsələlərdə Rusiya sülhməramlıları və konkret Moskva daha diqqətli olmalıdır:

“Ermənistan və Rusiya, eləcə də digər beynəlxalq təşkilatların hamısı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Buna görə də həmin ərazilərə giriş-çıxış, xüsusilə də xarici vətəndaşların, beynəlxalq təşkilatların əraziyə getməsi yalnız və yalnız Azərbaycanın icazəsi ilə həyata keçirilməlidir. Bu işin hüquqi tərəfidir və burada kimsə Azərbaycanı qınayacaq bəyanat, yaxud da fikir səsləndirə bilməz.

Rusiya sülhməramlılarının əraziyə daxil olması isə erməni silahlı birləşmələrinin, yəni tək Ermənistan deyil, əlində silah tutan hər bir erməni silahlısının oradan çıxarılması məqsədi daşıyırdı. Amma əfsuslar olsun ki, gəldiyi gündən həmin ərazilərə davamlı olaraq mülki erməni əhalisinin daşınmasında canfəşanlıq göstərən Rusiya sülhməramlılarının bir nəfər də olsun erməni silahlısını zərərsizləşdirdiyi və ya ərazidən çıxardığı, yaxud da axtarışda olan erməni silahlılarının Azərbaycana verilməsi haqqında nə rəsmi açıqlama, nə də vizual görüntü var.

Mən demirəm ki, sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycan öz iradlarını Rusiya sülhməramlılarının rəhbərliyinə çatdırmır. Prezidentin son çıxışlarından da görünür ki, bu problemlər rəsmi Bakını çox narahat edir və ən yüksək səviyyədə narazlıq yaradan məsələlər Rusiya tərəfinə çatdırılır. Prezident özü də qeyd edib ki, o, sülhməramlıların fəaliyyətindən razı deyil. Hesab edirəm ki, prezidentin səsləndirdiyi iradlar öz həllini taparaq tam aradan qaldırılacaq.

Ədalət Verdiyev: “Yeravanda kimlərinsən nə deməsindən, ruslara hansı mesaj verməsindən asılı olmayaraq, bütün hallarda Azərbaycan sülhməramlıların nəzarətində olan ərazilər üzərində öz süverenliyini qoruyacaq”.

Biz sülhməramlıların münaqişə zonasına gəldiyi ilk zamanlarda həmin ərazilərə erməni məmurlarının, xarici jurnalistlərin getdiyini görürdük. Hətta Fransadan gələn nümayəndə heyəti də Xankəndində olmuşdu. Bundan başqa Rusiya sülhməramlılarının gözü qarşısında erməni silahlılarının həmin ərazilərə girmək cəhdləri də olub. Getdikcə bu faktlar bir qədər azalmaq tendensiyası nümayiş etdirir. Amma bu faktların tamamilə aradan qalxdığını demək də düzgün deyil.

Düşünürəm ki, bu fəaliyyətlərə Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tərəfindən müşahidə edilməsinə və faktların diqqətə çatdırılması ilə sülhməramlıların fəaliyyətinin korrektə edilməsinə ehtiyac yaranıb.

Nəzərə alınmalıdır ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə, o cümlədən də Qarabağa daxil olmasına Azərbaycan razılıq verib. Bu ərazilər Azərbaycana aid olduğu üçün biz başqa addımlar da ata bilərik. Bu addımlar müxtəlif səpkili ola bilər. Buna görə də bu məsələlərdə Rusiya sülhməramlıları, konkret Moskva diqqətli olmalıdır. Yeravanda kimlərinsən nə deməsindən, ruslara hansı mesaj verməsindən asılı olmayaraq, bütün hallarda Azərbaycan sülhməramlıların nəzarətində olan ərazilər üzərində öz süverenliyini qoruyacaq. Bu üzdən də Rusiya sülhməramlıları üçtərəfli bəyanatdan irəli gələn mandatlarına aid olmayan məsələlərə qarışmamalıdırlar”.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Narkotik satmaqda ittiham edilən qadın məhkəmə zalında həbs edildi

SONRAKI XƏBƏR

Pekin sakinlərinin təxminən 25 faizinə COVID-19 peyvəndi vurulub