Türkiyə zəlzələ ilə bağlı Yunanıstana kömək təklif edib

Türkiyə zəlzələ ilə bağlı Yunanıstana kömək təklif edib

"Yunanıstanın ehtiyacı olarsa, əlimizdən gələn dəstəyi verməyə hazırıq".

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstan XİN başçısı David Zalkaliani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bir az əvvəl Yunanıstanın Larisa şəhərində zəlzələ olduğu bildirildi. Qonşumuz Yunanıstana keçmiş olsun diləklərimi çatdırıram. Ümid edirəm ki, insani və mal itkisi olmaz, amma ehtiyac olduğu halda keçmişdə Yunanıstanda və Türkiyədə zəlzələlər olarkən bir-birimizə dəstək verdiyimiz kimi, bir daha əlimizdən gələn yardımı etməyə hazırıq", - deyə Türkiyə XİN başçısı qeyd edib.

Mənbə: apa.az