“Vətən” müharibəsinin yaratdığı yeni geopolitik reallıq

Prezident İlham Əliyevin fevralın 26-da yerli və beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsi idi.

“Vətən” müharibəsindəki şanlı qələbə bölgədə yeni geopolik reallıqlar yaratdı. Əslində bunu təhlilçilər,diplomatlar böyük dövlətlərin beyin mərkəzləri yeni reallıqların olacağını proqnozlaşdırıllar. 1-ci səbəb o idiki tarixin müxtəlif dövrlərində müharibə həmişə özü ilə birgə yeni reallıqlar,xüsusi vəziyyətlər yaradır. Qalib tərəf məğlub tərəfə öz qaydalarını diqtə edir. 2-ci səbəb o idiki müharibəyə qədər münaqişə tərəflərinin müharibəyə qədər münaqişənin yekun həlli barədə fikriləri bir biri ilə daban-daban zidd idi.Azərbaycan bir mənalı olaraq Dağlıq Qarbağa hər hansı müstəqliyyin verilməsini qəti əleyhinə idi,erməni tərəfi isə Dağlıq Qarabağın Azərbaycanın daxilində hər hansı statusla var olmasınıda qəbul edə bilmirdi.Bu mənada təhlilçilər fikirləşirdilərki mümükün müharibə məğlub olan tərəf bütün iddialrından əl çəkməyə məcbuur olacaq. Bir mənada onlar haqlı idilər,münaqişə Ermənistanın kapitülasiya aktına imza atması ilə sonlandı. Ermənistan hətta dövlət sərhəddinin demarkasiyası zamanı bir çox vacib əraziləri, çəkdiklərin yolun 21 km-ni Azərbaycan tərəfinə verdi.Amma təhlilçilərin heç biri müharibənin bu formada reallıq yaradacağını proqnozlaşdıra bilmirdi.

Münaqişə başlayan bu günə qədər Türkiyə Azərabyacanın haqlı mövqeyini tam dəstəklədi.Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Müharibə vaxtı yüksək vəzifəli şəxslərin dəfələrlə səfərləri oldu. Müharibədən sonrada münaqişə bölgəsəində əməkdaşlıq davam edir. Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin. Avroaltantik məkandan axratdığı dəstəyi ala bilməyən Ermənistan isə böyük məyus içindədi. Dövlət olaraq hər gün məğlub olağın fəsadları ilə üzləşir. Fransa parlamentinin və başqa bir Avropa ölsənin parlament səviyyəsində alınan qərardan başqa heç bir real dəstək görməyən Ermənistan hər oturub onun veriləcək qərarları gözləyir. Dünyanın ən təcrübəli diplomatlarının 30 ilə həll edə bilmədiyi məsələni ordumuz 44 günə həll etdi. Həll etməklə bərabər postmüharibə dövrünün reaalığını diqtə etdi. Yeni uzlaşma platformasını yaratdı. Artıq nə Azərbaycan həmin Azərabaycandı, nə region həmin regiondu. Erməni dövlətnin “səhmdarlarının” isə hər fəaliyyəti puça çıxdı. Hətta BMT Təhlükəsizlik Şurasında yeni qətnamə layihəsini təqdim etmələrinə və dəstək tapmaqlarına baxmayaraq yenədə qətnamə layihəsi hüquqi qüvvəyə minə bilmədi.

 

Hikmət Səmədov,

Sabirabad rayon Gənclər və idman idarəsinin məsləhətçisi

 

Kanal24.az

ƏVVƏLKİ XƏBƏR

“Heç kəsə ağız açıb deməmişəm ki, mənə bir iş ver” – Tərlan Əhmədov

SONRAKI XƏBƏR

Belarus “Polonez” sistemləri üçün öz raketlərini istehsal edir