Türkiyə ikinci S-400 polkunun alınması imkanlarını nəzərdən keçirir

 

Bakı, 3 mart, AZƏRTAC

Ankara Rusiyadan S-400 zenit-raket sistemlərinin ikinci polkunun alınması imkanlarını nəzərdən keçir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri İsmail Demir NTV telekanalına müsahibəsində deyib. “S-400 zenit-raket sistemlərinin ikinci polkunun alınması üzrə çalışmalarımız davam edir", - deyə o bildirib.

İsmail Demirin sözlərinə görə, Türkiyə öz müdafiə sistemlərini hazırlamaqla, Silahlı Qüvvələrin gücləndirilməsi üzərində də işləyir. Bu il Türkiyə ordusunun "Sunqur" və "Hisar-A+" sistemləri ilə təchizatına başlanılacaq. Həmçinin hava hücumuna qarşı yerli "Sipər" sisteminin hazırlanması işləri də davam edir.

Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı ABŞ tərəfindən tətbiq olunan sanksiyaların Ankaraya ciddi təsir göstərmədiyini, Vaşinqtonun bu məsələdə tutduğu mövqeyin yanlış olduğunu deyib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Şirvanda ət satan şəxs məsuliyyətə cəlb olunub

SONRAKI XƏBƏR

Prezidentin oğlunun nişanlanması xəbəri YALANDIR