"Gürcüstanın daxil olduğu regional mexanizmləri dəstəkləyirik" - Çavuşoğlu

"Gürcüstanın daxil olduğu regional mexanizmləri dəstəkləyirik" - Çavuşoğlu

“Azərbaycandan gələn 3+3 təklifini dəstəkləyirik. Gürcüstanın bəzi ehtiyatları var, bunu anlayırıq. Ancaq istənilən halda Gürcüstanın da daxil olduğu regional mexanizmlərə və regional əməkdaşlığa Türkiyə olaraq dəstəyimiz artaraq davam edəcək”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı ilə görüşdən sonrakı brifinqdə söyləyib.

“Bununla yanaşı, başda Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi logistika və enerji layihələrinin möhkəmləndirilməsi məsələlərini də müzakirə etdik”, - o bildirib.

Mənbə: azpolitika.info