Nazirlərin təxirə salınan görüşü tezliklə baş tutacaq

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin təxirə salınan üçtərəfli görüşü ən qısa vaxtda baş tutacaq. Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Hələlik görüşün dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, bu ilin 19 fevral tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Cənubi Koreya və ABŞ bu həftə Vaşinqtonda müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı görüşlər keçirəcək

SONRAKI XƏBƏR

“Heç kəsə ağız açıb deməmişəm ki, mənə bir iş ver” – Tərlan Əhmədov