HVAV ofisi: Ermənistanda itkin düşmüş şəxs məhkəmənin qərarı ilə ölmüş olaraq tanınmamalıdır

HVAV ofisi: Ermənistanda itkin düşmüş şəxs məhkəmənin qərarı ilə ölmüş olaraq tanınmamalıdır

“İllər ərzində davamlı olaraq Helsinki Vətəndaş Assambleyasının Vanadzor (HVAV) ofisi “İtkin düşən haqqında” Ermənistan qanununun qəbul edilməsi zərurətinə toxunub, lakin o, dövlət orqanları tərəfindən daim görməzdən gəlinib”. Ordu.az xəbər verir ki, bu barədə HVAV ofisinin yaydığı məlumatda qeyd olunub.

“İndi Ermənistan növbəti dəfə yüzlərlə itkin düşənlər problemləri ilə üzləşdikdə bütün məsuliyyət və dərinliklə itkin düşənlərin və onların ailələrinin problemlərinə yanaşmaq vacibdir, bu problemlərin həlli və nizamlanması üçün təməl qanunun qəbul edilməsi təxirəsalınmazdır.

Qanun layihəsi itkin düşənin yaxınlarına qarşı öhdəliklərin üzərinə götürülməsini və itkin adlanmaq hallarının istintaqını da nəzərdə tutur.

İtkin düşmüş şəxs məhkəmənin qərarı ilə ölmüş olaraq tanınmamalıdır. “İtkin düşən haqqında” Ermənistan qanunu birbaşa zərurətdir”, - deyə açıqlamada qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az