Rusiya rəsmisi İrana görə Avropa dövlətlərini tənqid etdi

 

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın Vyanadakı beynəlxalq qurumlar üzrə daimi nümayəndəsi Mixayıl Ulyanov Avropa dövlətlərinin BAEA-ya İranla bağlı tənqidi qərarnamə təqdim etməsini şərh edib.

Mixayıl Ulyanov açıqlamasında bildirib ki, sözügedən qərar axmaq addımlardan biridir.

"Bu çox təhlükəli siyasi tətbiqdir. "Bərcam" adlı ilə tanınan nüvə razılaşması yenidən gündəmə gəldiyi bir vaxtda təxribatçı bəyanatlar verilməməlidir", - deyə Mixayıl Ulyanov diqqətə çatdırıb.

O qeyd edib ki, Rusiya nüvə razılaşmasının qorunması üçün əlindən gələni edir.

 

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Şirvanda ət satan şəxs məsuliyyətə cəlb olunub

SONRAKI XƏBƏR

Prezidentin oğlunun nişanlanması xəbəri YALANDIR