Yəmən ordusu Məarib şəhərinə 7 km məsafədədir

Yəmən ordusu Məarib şəhərinə 7 km məsafədədir

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu və "Ənsarullah" hərəkatı Məarib şəhərinin mərkəzinə 7 km məsafədə olan Cibal əl-Balak əl-Qəbli bölgəsini geri alıb.

Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, Yəmən ordusu Məaribin şimal-qərb və cənub-qərbində də irəliləyiş əldə edib.

Qeyd edək ki, Cibal əl-Balak əl-Qəbli bölgəsi Məarib strateji əhəmiyyətə sahibdir.

Mənbə: eastnews.org