Belarus “Polonez” sistemləri üçün öz raketlərini istehsal edir

Belarus “Polonez” sistemləri üçün öz raketlərini istehsal edir

Belarus ordusu “Polonez” Yaylım Atəşli Reaktiv Sistemləri (YARS) üçün ölkə daxilində istehsal edilən raketləri sınaqdan keçirir. Ordu.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus məlumat verib.

“Bu, Dövlət Hərbi Sənaye Komitəsinin hazırda məşğul olduğu əsas sahədir və yaxın gələcəkdə xarici ölkənin ərazisində sınaqların növbəti mərhələsi keçiriləcək. Testləri uğurlu alınıb, buna müvəffəq olacağımıza inanırıq”, - deyə Pantus bildirib.

Daha əvvəl Hərbi-Sənaye Komitəsi 2021-ci ildə “Polonez” üçün 300 kilometr mənzili olan raket istehsalına başlanıldığını bildirmişdi.

Belarus “Polonez” sistemlərini Çinlə birlikdə istehsal edib. Sistemlər Çin istehsalı raketlərdən istifadə edirdi.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az