“Ermənistanda yaşayan gənclərin artıq Qarabağda qulluq etməsinə ehtiyac olmadığı fikrini aşılamağa başlayırlar”

“Bəs biz əminik ki, erməni ordusunu da ləğv etmək düşünülmüş və hesablanmış məqsədi yoxdur? Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatından sonra erməni silahlı qüvvələrinə qarşı da aktiv əks-təbliğat başladı, bu, yeni. fərziyyələr atmosferi yaradır”. Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Davit Qriqoryan deyib.

“Beləliklə, bəlkə bir razılaşma var, bu razılaşmaya əsasən, Ermənistan da nizami orduya sahib olmamalıdır və bu proses məhz bu məqsədin həyata keçirilməsinə yönəlib?

Bizi inandırmağa, Ermənistanda yaşayan erməni gənclərin artıq Qarabağda qulluq etməsinə ehtiyac olmadığı fikrini aşılamağa başlayırlar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"Yoluxma sayının artmasına avtobuslardakı sıxlıq çox təsir edir" - İnfeksionist ÇAĞIRIŞ ETDİ

SONRAKI XƏBƏR

Yeni "Amazon" loqosu Hitlerin bığına bənzədildi