"İsgəndər"in 10 faiz partlaması mümkündür? - Ermənistan BQ cavab verməkdən imtina edir

"İsgəndər"in 10 faiz partlaması mümkündür? - Ermənistan BQ cavab verməkdən imtina edir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı "İsgəndər"in harada və hansı şəraitdə tətbiq olunduğu, "İsgəndər"in 10 faiz partlamasının mümkün olub-olmadığı barədə məlumat verməkdən imtina edir. Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahından "Aysor.am" nəşrinin yazılı sorğusuna cavab olaraq bildiriblər.

""Məlumat azadlığı haqqında" Ermənistan qanununun 8-ci maddəsinin 1-ci bəndinin və Ermənistan hökumətinin 1998-ci il 13 mart tarixli, 173 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 5-ci və 8-ci bəndlərinin tələblərini əsas qəbul edərək məlumatın verilməsi rədd edilir", - deyə məlumatda qeyd olunub.

Alpər Mövludoğlu
 

Mənbə: ordu.az