Erməni hərbçilərin ataraq qaçdığı zenit-raket kompleksləri aşkarlandı - FOTO/VİDEO

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursatlar aşkar edilib.

Bununla bağlı Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə həyata keçirilən reydlər zamanı erməni hərbçilərin ataraq qaçdığı iki “İQLA-S” zenit-raket kompleksi, dörd avtomat, yeddi müxtəlif növ qumbaralar, bir “Karbonit” silahı, bir tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Portuqaliyalı futbolçu millimizlə matçı buraxa bilər

SONRAKI XƏBƏR

İpoteka kreditinin məbləği 1 milyard 701 milyon manatı ötdü