Türkiyə yeni İHA və SİHA-lar hazırlayır

“Türkiyə yeni İHA və SİHA layihələri üzərində işləyir”.

Metbuat.az-ın xəbərinə görə, bu barədə açıqlama verən Türkiyənin Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir bildirib ki, mütəxəssislər kiçik İHA-ların imkanlarını artırmaq üçün işlər görür. “Daha böyük pilotsuz uçuş aparatlarına ehtiyacımız var” deyən Dəmir, yeni aparatların yaxın vaxtda hazır olacağını ifadə edib.

Onun sözlərinə görə, Türkiyə “TCG Anadolu” gəmisini SİHA və İHA gəmisinə çevirmək niyyətindədir.

Anar Türkeş 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

AKİA-nın xətti ilə ötən il 48 milyon manata yaxın - Güzəştli Kredit Verilib

SONRAKI XƏBƏR

Xocavənddəki əkin torpaqlarının yarısı Azərbaycanın nəzarətindədir - Erməni KİV