İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

Ermənistan parlamentinin binası qarşısında “Vətəninin qurtuluşu hərəkatı”nın təşkil etdiyi genişmiqyaslı mitinq başlayıb. Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, mitinq iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Əraziyə çox sayda polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, bu gün baş nazir Nikol Paşinyan parlamentə gələcəyi və hökumət saatında iştirak edəcəyi gözlənilir

Pərvanə Sultanova

Mənbə: azvision.az