Vazgen Sarkisyan 1993-cü ildə Paşinyanı qəddarcasına döyüb?

Vazgen Sarkisyan 1993-cü ildə Paşinyanı qəddarcasına döyüb?

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan son müsahibəsi zamanı Nikol Paşinyanla tanışlığından danışarkən ilk dəfə 1993-cü ildə baxış bucağında peyda olduğu və onunla elə ilk görüşünün olduğunu bildirmişdi. Sarkisyan Paşinyanla hansı şəraitdə və niyə görüşdüyü barədə daha ətraflı məlumat verməyib, amma görüşün səbəbinin Paşinyanın ordu haqqında böhtan xarakterli yazılan məqalələrindən biri olduğuna eyham vurub.

Sarkisyanın açıqlamasından sonra sosial şəbəkələrdə 1993-cü ildə Paşinyanın ordu haqqında böhtan xarakterli yazı yazması barədə fəal müzakirələr başladı. Müzakirələrdən belə məlum olur ki, daha sonra Ermənistanın Güc Strukturlarının Koordinasiya üzrə Dövlət Naziri Vazgen Sarkisyan məqaləni görərək, məqalə müəllifini yanına gətirməyi tapşırıb. Bir neçə saat sonra mühafizəçilər Paşinyanı maşınlarının yük yerində həmin vaxt Serj Sarkisyanın iş otağında olan Vazgen Sarkisyanın yanına gətirirlər. Sarkisyan Paşinyandan yayımlanan məlumatı haradan əldə etdiyini soruşur, cavabında Paşinyan bunu mağaza növbəsində eşitdiyini söyləyir. Müzakirə iştirakçılarının fikrincə, bu cavabı eşidən Vazgen Sarkisyan Paşinyanı qəddarcasına döyür, Serj Sarkisyan müdaxilə edir və Paşinyanı Vazgen Sarkisyanın ayaqları altından çıxardır. Hadisədən sonra Vazgen Sarkisyanın sürücüsü Moso Proşyan icmasına gedən yolda Nikol Paşinyanı maşından düşürür, müzakirə müəlliflərinin dediyinə görə, elə orada Paşinyanı təhqir edib, alçaldır.

Erməni jurnalistlər informasiya əldə etmək məqsədilə Ermənistan Baş nazir administrasiyasının İnformasiya və İctimaiyyətlə əlaqələr idarəsinə müraciət edib.

Göndərilən sorğuya, konkret nəticə çıxarılması çətin olan qəribə bir cavab verilib. Serj Sarkisyanla olan görüşlə bağlı, Baş nazirin Aparatından, elə məhz Serj Sarkisyanın özünə müraciət etməyi tövsiyə ediblər.

Paşinyanın döyülməsi və daha sonra alçaldılması barədə xəbərlərə gəldikdə isə Baş nazirlik aparatı şayiələrə uymamağı tövsiyyə edib. Bununla da Vazgen Sarkisyanın Paşinyanı döyməsi, yoxsa sürücünün onu alçaltması ilə bağlı informasiyanın dezinformasiya olduğuna aydınlıq gətirilməyib.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az