XİN başçısı: “Gürcüstan, Türkiyə və Azərbaycanın birgə layihələri nəzərəçarpacaq nəticələr verir”

“Gürcüstan Türkiyəni strateji tərəfdaş kimi nəzərdən keçirir, Azərbaycan da həmçinin bizim strateji tərəfdaşımızdır”.

Open.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazirin sözlərinə görə, Gürcüstan, Türkiyə və Azərbaycan yaxşı işlək formatlar yaradıb: “Birgə aktual geosiyasi və iqtisadi layihələr artıq bütün dünyaya göstərib ki, bu layihələr kifayət qədər effektiv fəaliyyət göstərir və nəzərəçarpacaq nəticələr verir”.

XİN başçısı qeyd edib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün apardığı müzakirələr həm ortamüddətli, həm də uzunmüddətli perspektivdə konkret nəticələr verəcək.

Open.az

ƏVVƏLKİ XƏBƏR

Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb

SONRAKI XƏBƏR

Narkotacirdən məşhur sənət əsərləri götürülüb