Ermənistanda müxalifət liderinə qarşı cinayət işi açıldı

Ermənistanın müxalifət lideri, “Vətənin qurtuluşu hərəkatı”nın rəhbəri vagen Manukyana qarşı cinayət işi açılıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bununla bağlı çağırış vərəqi Manukyana bu gün keçirilən aksiya zamanı təqdim edilib. O, ölkənin Konstitusiya quruluşunu zor gücünə devriməyə çalışmaqda ittiham olunur.

Manukyanın müttəfiqi Qegam Manukyan bu cür çağırış vərəqinin birinci dəfə gəlmədiyini və artıq buna öyrəşdiklərini deyib:

“Vagen Manukyan və digərləri artıq buna vərdiş ediblər. İstintaq Komitəsi onlarla belə vərəq göndərə bilər. Kağızlara heyfdir”.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Narkotacirdən məşhur sənət əsərləri götürülüb

SONRAKI XƏBƏR

Feyk fabriki və onun əsl sahibləri