Zəngibasar mahalına hay kilsəsi və hay-daşnak quldurlarının təcavüzü, 1904-1920-ci illərdə...

Zəngibasar mahalına hay kilsəsi və hay-daşnak quldurlarının təcavüzü, 1904-1920-ci illərdə...

XIX əsrin ikinci yarisında Osmanlı Türkiyəsi sultanı II Əbdül Hamidin (1842-1918) hakimiyyəti illərində hay kilsəsi və quldur “Qnçak” təşkilatının təhriki ilə (“Berlin traktının” (1878-ci il) 61-ci bəndi bəhanə gətirilərək) hay sürüsünün “erməni milli muxtariyyətinin yaradılması” tələbi ilə başlanılan silahlı üsyanın rəhbərlərindən biri İstanbul Universitetinin tibb fakültəsinin tələbəsi Ambartsum Boyaciyan (1867-1915) sonralar “Mets Murad”(“Böyük Murad”) adı ilə hay terrorçuları arasında məşhur olub. 1990-cı illərdə “ASALA” beynəlxalq terror qruplaşmasının Livandan olan üzvü Qevorq Gözəlyan “Mets Murad” adlı silahlı quldur dəstəsi (tərkibində çoxsaylı livanlı tələbələr olmaqla) yaradaraq Qarabağın dağlıq hissəsində kökənli müsəlman-türk əhalisinə qarşı soyqırım qətliamları törədib.

Qərbi Azərbaycanın Türkiyə Cumhuriyyəti ilə həmsərhəd hissəsinin xeyli ərazisi (Ağrıdağ-5137 m və Alagöz-4090 m dağlarının ətrafı, Zəngi çayının aşağı, subasar düzən hövzələri) Zəngibasar mahalının cənub-qərb qurtaracağındakı Uluxanlı, Aşağı və Yuxarı Necili, Ağ və Qara Həmzəli, Rəhim-Xatınarx, Rəncbər, Haçaparaq, Həbilkənd, Sabunçu, Reyhanlı (Türkiyə ərazisində də eyni adlı kənd var), Qarıqışlaq, Qarğabazar, Çobankərə, Mehmandar, Arazdöyən, Qulucan... kəndlərinin kökənli müsəlman-türk əhalisi ərazinin əlverişli tarixi-coğrafi mövqeyi və hərbi-strateji üstünlüyü baxımından 1904-1920-ci illərdə quldurbaşı A.Ozanyanın nizami silahlı dəstələrinin və yerli hay silahlılarının davamlı-qanlı, qəflətgərdə təvavüzünə məruz qalıb, nəticədə bu bölgədə soyqırım qurbanlarının sayı 5 min nəfəri ötüb. Elə olub ki, hətta bütöv kəndlər yer üzündən silinib, daşları qaralıb, ot basmış-mamırlaşmış yer-yurd kalafaları (yaşayış ocaqları, məscidləri, məbədləri, qədim qəbirstanlıqları, körpüləri, dəyirmanları, meyvə bağları...) nişanə kimi 1980-ci illərədək qalıb.

Zəngibasar mahalının həmin zaman kəsimində döyüş meydanına çevrilməsi həm də hay kilsəsinin məkrli xislətinin, qanlı niyyətinin amacı idi ki, qırğınlar törədildikdə Qərbi Azərbaycanın Osmanlı Türkiyəsi ilə həmsərhəd hissəsinin ən sıx məskunlaşan müsəlman-türk əhalisinin kəndləri döyüş meydanına çevrilsin, yerlə yeksan edilsin, əhalisi isə köçkün düşsün. Məhz bu səbəbdən I Dünya müharibəsində Qafqaz cəbhə xətti Göyçə-Sarıqamış istiqaməti üzrə keçirilib.

Təsadüfi deyil ki, Tiflis şəhərində yerləşən Qafqaz Statistika Komitəsinin 1879-cu il məlumatında Zəngibasar mahalının əhalisinin əksəriyyətinin müsəlman-türk kökənli olduğu bildirilir, hətta Uluxanlı kəndinin 2568 nəfər əhalisinin hamısının müsəlman-türk mənşəli olduğu göstərilib, bu rəqəm 1912-ci ildə isə artıq 3232 nəfərə çatıb. Daha sonra, bu hücumların ardından həmin kəndlərin boşaldılması, birləşdirilməsi, əhalisinin köçürülməsi və oraya xaricdən gətirilən hay sürüsünün yerləşdirilməsi də əsas məqsəd olub.

1920-ci ilədək iri kənd olan Çobankərə hay-daşnak quldurlarının törətdiyi faciələrdən sonra boşalıb, əhalisi ona yaxın olan Mehmandar kəndinə sığınaraq yaşayıb, nəticədə Cobankərə etnotoponimi yox olub. Bu cür hallar Qərbi Azərbaycan hüdudlarında başqa mahallarda da baş verib, tarixi-coğrafi inzibati ərazilər hay mənşəli adlarla əvəzlənib.

Zəngibasar mahalının Ağrıdağ vadisinin yuxarıda adları çəkilən kəndlərinin dinc, köməksiz və silahsız əhalisinin bir hissəsi 1904-1920-ci illərdə düşmənin amansız qətliamlarından qurtulmaq istəyində simsar yerlərə sığınmağa məcbur olsalar da, faciələrdən yaxa qurtara bilməyiblər.

Haçaparaq (indiki Zəhmət kəndinin 1935-ci ilədək olan adı) kənd sakini Allahverdi Xudaverdi oğlu (1887-1989) 1905-ci il qırğınlarının əsasən Osmanlı Türkiyəsi ərazisindən keçən “fədailər” (hay mənşəli terrorçu qruplaşmalarının silahlı üzvləri) tərəfindən törədildiyini bildirirdi. Onun atası Xudaverdi Hüseynxan oğlu (1865-1905) həmin silahlıların qətlinə kənddən 15-18 km şərqə tərəf aralıda salınmış üzüm bağı sahəsində məruz qalıb.Və quberniyanın rus məmurları dəfni kənddə yox, İrəvan şəhərinin “Toxmağan qəbirstanlığı”nda keçiriblər, guya milli zəmində qarşıdurmaya yol verməmək üçün.

Kənd sakinlərindən Hüseyn Allahqulu oğlunun (1889-1975), Abdulla Kərbəlayı Qasım oğlunun (1892-1982) dediyinə görə, 1905-ci ildə Araz çayından 23-25 km aralı olan Hacıellər və Yenicə kəndləri arasındakı (1 km məsafə olardı) “Qumlaq” deyilən yerdə Osmanlı Türkiyəsinin bir tağım dəstəsi hay-daşnak quldurlarına topdan atəş açmaq əvəzinə mərmiləri havaya, boş yerə atırmış, düşmən də qorxmadan irəliləyirmiş. Bundan şübhələndikdə məlum olub ki, hay əsilli türk paşalarından biri xeyli qızılın qarşılığında bu əmri verib. Nəticədə ona cəza kimi aldığı qızılları əridib boğazına töküblər.

Bu kəndin digər sakini Qızbəs Ələsgər qızı (1903-1987) söyləyirdi ki, 1918-ci ilin mart ayında quldurların qəflətən basqınından canını qurtarmaq üçün camaat Araz çayını (20 km aralıda ) keçmək istəyəndə anası Lala Cəmil qızını (1885-1918) taxıl yüklənmiş öküz arabası ilə birlikdə, eləcə də bir çox həmkəndlilərini sel aparıb, Allahdan da o ildə çay bərk selli, lilli axırdı. Kəndin “Dərvişlər nəsli”ndən olan Hacı Axund, qardaşı molla Mustafa və 20 nəfərədək yaşlı sakini düşməndən qurtulmaq istəyərkən həmin seldə boğularaq həlak olub.

Gülşən Hacı Salman qızı (1900-1982) həmin qaçaqaç zamanı şahidi olub ki, bir azyaşlı uşaq yolun ortasında arabadakı yükdən düşüb qalıb, ağlayanda biləyinə bağlanan zəngli bilərzik səs salırmış, axırda yaşlı bir kişi uşağı qoltuğuna vurub aparıb...

Həmin hadisədə, qaçaqaçda kimsəsiz qalmış kor Məşədi çəliyini körpüyə vura-vura keçəndə həmkəndlisi Məşədi Həsən onu qucağına alıb aparmaq istəyir, bu zaman ağzından düşmən gülləsinə tuş gəlir və kor Məşədi düşür çaya. Kişini birtəhər sahilə çıxarırlar, salamat qalır, gedib bir neçə il Cənubi Azərbaycanda qalandan sonra gəlib Haçaparaq kəndində ömrünü başa vurub.

Sonradan qayıdanlar sırasında Əkbər Ələsgər oğlu və başqaları da var idi.

Haçaparaq kənd sakini Allahverdi Xudaverdi oğlunun dediyinə görə, Ağrı dağının vadisi, düzən ərazilərinin (Zəngi çayının Araza qovuşan hissəsində) kəndlərində ən sıx məskunlaşma olduğundan hay quldur dəstələri bu yerlərdə ağır qətliamlar törədibdilər. O, 1918-ci ilin aprel ayında Zəngi çayını atla keçib kəndə girəndə 50 nəfərədək qadının bir binada saxlandığını, qapının qıfılla bağlandığını görür. Quldurlar səhəri gün gəlib binanı yandırıb hamısını qətlə yetirəcəkdilər. Vaxt itirmədən qapını sındıraraq onları azad edir və Qaraqışlaq kəndi istiqamətində, 200 m aralıda təhlükəsiz yerədək xilas edə bilir.

O dövrdə Zəngibasar vadisində hay quldurlarının basqınından qurtulan ayrı-ayrı kənd sakinləri Araz çayının sağ sahilinə keçə bildikdə, Osmanlı Türkiyəsi ərazisində, xüsusilə Sarıqamış bölgəsinə bitişik ərazilərdəki qamılıqlarda gizlənən, pusqu quran quldurların da hücumuna məruz qalıblar.

1916-1917-ci illərdə Osmanlı Türkiyəsi ərazisində (Sarıqamış - Qars bölgələrində) və Qərbi Azərbaycanın Zəngibasar mahalında (Göycə-Dilican hövzələri də daxil olmaqla) amansız qətliamların törədilməsində quldur A.Ozanyanın çar Rusiyasının Qafqaz ordusunun tərkibində 1914-1915-ci illərdə təşkil etdiyi “erməni” nizmi-silahlı dəstələri (1916-cı ildən etibarən bu dəstələr general N.N.Yudeniçin (1862-1933) başçılığı altında atıcı tağıma çevrilmişdi), 1917-ci ildə təşkil edilmiş könüllü “erməni” korpusunun (Qafqaz cəbhəsinin komandanı general-mayor Y.V.Lebedinskinin (1873-1922-ci ildən sonra) təklifinə əsasən Qərargah rəisi, general Foma Ovanesoviç Nəzərbəyyanın (1855-1931) rəhbərliyi ilə) silahlıları, eləcə də Gümrü-Karvansaray cəbhə xətti üzrə yerləşən kəndlərdə yuva qurmuş hay quldurları bilavasitə iştirak ediblər.

Zəngibasar mahalının Osmanlı Türkiyəsi ilə həmsərhəd olan ərazilərində, Ağrı dağının yaxınlığındakı digər yaşayış məntəqələrində (Qulucan, Həbilkənd, Reyhanlı, Sarıcallar...), eləcə də İrəvan şəhərinə yaxın Təzəkənd, Mərəköyün kəndlərində, şəhərin “Bitdili”, “Göytəpə”... məhəllələrində Araz çayının sağ sahillərindən, İqdır-Sarıqamış cəbhə xəttindən geri çəkilən və amansız qətliamlar, qırğınlar, qarət törədən hay quldur silahlılarının təcavüzünün qarşısının alınmasında yerli müdafiə dəstələrinin (xalq qəhrəmanı A.X.Sadlinskinin (1886-1930) “Qırmızı tabor” hərbi birliyi ilə yanaşı) və qardaş, general Musa Qarabəkir paşanın (1882-1948) I Qafqaz Ordu bölmələrinin əsgər-zabit heyətinin (onlar qırğınlar başladıqdan 7 gün sonra gəlmiş və 6 ay ərzində İrəvan şəhərində qərarlaşmış və düşərgə salmışdılar) fədakarlığı heç zaman yaddan çıxarılmayıb.

Qorunan müqəddəs məkanlardan (xatirələrdən) biri də Uluxanlı nahiyəsinin girişindəki qəbirstanlıqda (İrəvan yolunun üstündə, 500 m aralıdakı yüksəklikdə) uyuyan Şəhid Türk əsgərinin məzarı idi. Qəbirüstü ağ mərmər oval baş daşında (hündürlüyü 1,6-1,8 m-ə çatan) “Ay-Ulduz” təsviri və ərəb əlifbası ilə yazı həkk edilmişdi. Bu məzar 1980-ci illərədək ziyarət ocağı kimi qorunub saxlanılırdı.

XX əsrin əvvəllərində birləşmiş hay kilsəsinin təhriki ilə Zəngibasar mahalında hay-daşnak quldurlarının törətdiyi basqın, qətliam və qarət faciələri barədə Qulucan kənd sakinlərindən Kərbəlayı İsmayıl Əkbər oğlu (1870-1970), Məşədi Cəmil İsmayıl oğlu (1911-1991), Rübabə Həbib qızı (1921-2006), Məşədi Əsəd Kərbəlayı İsmayıl oğlu (1895-1963), İsmayıl Abdulla oğlu İsmayılov (1918-2011)... şahidi olduqlarını həmişə söyləyirdilər. Onu da vurğulayırdılar ki, Osmanlı nizami döyüşçü heyəti əsasən ağartıdan (qatıq, ayran) çox istifadə edirdi - yoluxucu xəstəliklərdən qorunmaq üçün. Bu sahədə Qulucan kənd sakinləri də (Kərbəlayı İsmayıl Əkbər oğlu, Məşədi Məsim Həbil oğlu (1850-1920), Rzaqulu Məşədi Məsim oğlu (1872-1934)...) öz imkanlarını əsirgəmirdilər.

Bu kəndin yerli özünümüdafiə dəstəsinin igid döyüşçüsü Nağı Hacı Bağır oğlu (1874-1961) həm də “Qırmızı tabor”un tərkibində döyüşüb, ərən qeyrətli Əsmər Hacı Nəbi qızı da (1895-1945) silaha sarılaraq düşmənə qarşı vuruşub.

Həmin döyüşlərin izlərinə, səngər yerlərinə, sursat qalıqlarına... keçən əsrin 60-70-ci illərində, demək olar ki, bütün kəndlərdə rast gəlinirdi. Belə ki, Təzəkənd kəndindəki “Dəlmə bağları”nın çiy kərpicdən hörülmüş hasarında (100 m x 100 m) güllə-top mərmilərinin yerlərini hay təbliğat vasitəsinə çevirmişdilər.

1960-cı illərdə Qulucan kəndinin mərkəzində hay quldurlarına qarşı səngər yerlərində (yurd kalafalarında) tapılan güllələri uşaqlar partladırdılar, bəzən qazıntılar zamanı hərbi geyim qalıqları, paslanmış silah hissələri üzə çıxırdı.

Bir cəhəti də qeyd etmək lazımdır ki, 1904-1920-ci illərdə hay-daşnak quldurlarının Zəngibasar mahalında törətdiyi soyqırım faciələrini dünya ictimaiyyətinə “erməni” faciəsi kimi təqdim etmək niyyəti ilə 1960-cı illərdə İrəvan şəhəri yaxınlığında uzunluğu 2 km-ə, boyu 2 m olan qala divarları çəkilib və həyasızcasına guya bu divarlara həmin qırğınlarda “erməni”lərin hörüldüyünü göstərmək istəyiblər.

Bütün bunlar onu sübut edir ki, ibtidai insan-hay sürüsünün riyakarlığı heç bir sərhədə sığmır...

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Uluxanlı nahiyəsi, Haçaparaq və Qulucan kənd sakinləri Əli Allahverdi oğlu Rzayevin (1947), İzzət Məşədi Cəmil oğlunun (1952) və Abdulla İsmayıl oğlunun (1948) məlumatlarından istifadə edilib.)

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi

Mənbə: www.baki-xeber.com