Pakistanla sərhəddə qarşıdurma – İran ordusu ağır itki verdi

Ceyş ül-Ədl bəluc qruplaşmasının silahlıları Sistan-Bəlucistan əyalətində İran ordusunun (SEPAH) avtomobillərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, hadisə Pakistan sərhədinə yaxın Keşteqan adlanan ərazidə baş verib.

Bəluc milli fəalı Abdulla Arif BBC-yə açıqlamasında bildirib ki, bölgədə reyd keçirən SEPAH-ın iki avtomobili Ceyş ül-Ədl təşkilatı yaraqlılarının hücumuna məruz qalıb: “Silahlı hücumda 5 SEPAH-çı hadisə yerində həyatını itirib, 3-ü isə girov götürülüb”, -deyə o bildirib.
SEPAH-ın Sistan-Bəlucistandakı Qüds Qərargahı bəyanat yayaraq, baş verənləri təsdiqləyib.

Hücum edənlər hadisə yerindən uzaqlaşa biliblər. Onların girov götürdüyü 3 hərbçinin hara aparıldığı məlum deyil.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

ABŞ daha rejimləri devirməyəcək, xeyri yoxdur...

SONRAKI XƏBƏR

Tanınmış rus aktyoru niyə müsəlman oldu?