Netanyahu geri çəkilir - Baş nazir postundan imtina edir

Netanyahu geri çəkilir - Baş nazir postundan imtina edir

İsraildə hökuməti formalaşdırmaq səlahiyyəti verilən “Yaşar” partiyasının lideri Qadi Ayzenkot və müvəqqəti baş nazir Benyamin Netanyahu milli birlik hökuməti ilə bağlı danışıqlar masasına əyləşmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, müxalifətin koalisiya yaratmağa yaxınlaşmasından sonra B.Netanyahu baş nazirlərin rotasiyası zamanı ilk postu tutmaq şərtindən imtina edib və baş nazir kürsüsünü Q.Ayzenkota verməyə razılaşıb.
 

“Lider kimi məsuliyyətim məndən ən böyük partiya prinsipi də daxil olmaqla hər şeyi kənara qoymağı və Qadi Ayzenkotun ilk olaraq baş nazir postunu tutmasına, mənim isə müddətin əvvəlində baş nazirin müavini səlahiyyətlərini icra etməyimə razılaşmağımı tələb edir”, – deyə B.Netanyahu qərarını açıqlayarkən bildirib.


“Likud” partiyasının bəyanatına görə, tərəflər bu gün (bazar günü) yerli vaxtla saat 10:00-da Hersliya şəhərindəki “Dan Accadia” otelində görüşəcəklər.

Q.Ayzenkot qarşıdakı 24 saat ərzində “Likud”un təklifinin ciddiliyini yoxlamağa hazır olduğunu deyib.

Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçirilən seçkilərdən sonra hökuməti qurmaq vəzifəsini üzərinə götürən Q.Ayzenkot artıq “Evimiz İsrail” partiyasının lideri Aviqdor Libermanla ilk sazişi imzalayıb, “Demokratlar” partiyasının lideri Yair Qolanla isə koalisiya razılaşması əldə edib.

Mənbə: bizim.media